"Barselona"nın sabiq qapıçısı yenidən baş məşqçi oldu

23:03 - 24 Aprel 2025

İspaniya və "Barselona"nın sabiq qapıçısı Viktor Valdes yenidən futbola qayıdıb.

Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis İspaniya IV liqasında çıxış edən "Real Avila" klubunda baş məşqçi postuna gətirilib. O, klubla 1 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, Valdesin son iş yeri 2020/21 mövsümündə rəhbərlik etdiyi "Hurta" klubu olub.

Xəbər xətti