"Nyukasl"ın baş məşqçisi Eddi Xau xəstəlikdən sonra işinə geri dönüb.
Sportal.az xəbər verir ki, bu gün klub rəsmi olaraq Xaunun öz vəzifələrinin icrasına qayıtdığını elan edib.
Xatırladaq ki, "Nyukasl"ın baş məşqçisi Eddi Xauda sətəlcəm(pnevmoniya) diaqnozu qoyulmuşdu. Bu səbəbdən o, 3 oyunu buraxmalı olub. Onun yoxluğunda komandaya Ceyson Tindoll və Qrehem Cons rəhbərlik edirdi.
Xaunun 26 apreldə Premyer Liqanın 34-cü turunda keçiirləcək "İpsviç"lə matçda komandasının başında olacağı gözlənilir.
saytlarin hazirlanmasi