"Barselona"ın yarımmüdafiəçisi Pedri İspaniya çempionatının aprel ayının ən yaxşı oyunçusu seçilib.
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat verib. Kataloniya təmsilçisi apreldə La Liqada 4 oyun keçirib, 10 xal toplayıb. Pedri bütün matçlarda meydana start heyətində çıxıb. 22 yaşlı futbolçu üçün bu, cari mövsümdə bu cür ilk fərdi mükafatdır.
Səsvermədə ispanın rəqibləri "Valensiya"nın qapıçısı Giorgi Mamardaşvili, yarımmüdafiəçilər Xavi Puado (“Espanyol”) və Serxi Darder (“Malyorka”), həmçinin "Atletiko”nun (Madrid) hücumçusu Xulian Alvares olub
saytlarin hazirlanmasi