Premyer Liqanı tərk edən son klub bəlli oldu

22:17 - 26 Aprel 2025

İngiltərə Premyer Liqasında 34-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün baş tutan qarşılaşmalar çərçivəsində "İpsviç" səfərdə "Nyukasl"a 0:3 hesabı ilə məğlub olub. Bununla da, "İpsviç" sona 4 tur qalmış Premyer Liqanı bu mövsüm tərk edəcək sonuncu-üçüncü komanda olub. 

Qeyd edək ki, daha öncə "Sautqempton" və "Lester"in aşağı liqaya düşəcəyi rəsmiləşib.

Xəbər xətti