"Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Sara İngiltərəyə qayıda bilər.
Sportal.az xəbər verir ki, "Mançester Siti" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Foot Mercato" məlumat yayıb.
Sara Premyer Liqa nəhənginin yay transfer pəncərəsi üçün əsas hədəflərindən biridir. "Manşester Siti" rəhbərliyi artıq 25 yaşlı orta xətt oyunçusunun ətrafı ilə ilkin danışıqlara start verib.
Qeyd edək ki, "Qalatasaray" Qabriel Saranı mövsümün əvvəlində İngiltərənin "Norviç Siti" klubundan transfer edib. "Sambaçı" İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "sarı-qırmızılar"la müqaviləsi 2029-cu ilin yayına kimidir.
saytlarin hazirlanmasi