"Arsenal" İngiltərə millisinin üzvü ilə anlaşdı

18:06 - 28 Aprel 2025

"Arsenal" Bukayo Sakanı uzun müddət komandada saxlamaq istəyir.

Sportal.az xəbər verir ki, London klubu ingiltərəli vingerlə müqavilənin uzadılması barədə razılıq əldə edib. Bu barədə yerli mətbuat məlumat yayıb.

23 yaşlı oyunçu ilə sözləşmənin bütün şərtləri razılaşdırılıb. Yaxın günlərdə futbolçu ilə uzunmüddətli müqavilə imzalanacaq.

Qeyd edək ki, Bukayo Saka "Arsenal"In yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "topçular"In heyətində meydana çıxdığı 31 rəsmi matçda 11 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. 

Xəbər xətti