Ciro İmmobile ilə yollarını ayırmağa hazırlaşan "Beşiktaş" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, "qara qartallar" "Köln"ün forvardı Tim Lemperleni transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
Alman futbolçunun klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. "Beşiktaş" artıq 23 yaşlı hücumçunun meneceri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Tim Lemperle "Köln"ün yetirməsidir. O, cari mövsümdə 2-ci Bundesliqada meydana çıxdığı 25 rəsmi matçda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Lemperle Almaniya U-21 millisinin üzvü olub.
saytlarin hazirlanmasi