İngiltərənin "Aston Villa" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin futbolçusu Markus Reşford sıradan çıxıb.
İngiltərəli vinger bud nahiyəsindən zədələnib. 27 yaşlı oyunçu mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Aston Villa" Markus Reşfordu bu ilin fevral ayında "Mançester Yunayted"dən icarəyə götürüb. İngiltərə millisinin üzvü Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi