"Real" braziliyalı futbolçu üçün 150 milyon avro tələb edir

21:17 - 29 Aprel 2025

"Real"ın futbolçusu Rodriqo İngiltərədən daha bir klubun transfer siyahısına daxil olub.

Sportal.az xəbər verir ki, "Mançester Siti" və "Liverpul"dan sonra "Mançester Yunayted"də braziliyalı vingeri transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Real" 24 yaşlı ön xətt oyunçusunu 150 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, "Real" Rodriqonu 2019-cu ildə "Santos"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 50 rəsmi matçda 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti