Premyer Liqanın sonuna cəmi 4 tur qalıb, amma hələ də avrokuboklara vəsiqələrlə bağlı qeyri-müəyyənlik davam edir. "Qarabağ" Çempionlar Liqasına yollanır, bu, dəqiqdir, buna şübhə eləyən də yox idi.
"Zirə" də avrokuboklara vəsiqə qazanıb. Lakin Rəşad Sadıqovun komandasının konkret hansı turnirdə çıxış edəcəyi dəqiqləşməyib. Ölkə kubokunu "Qarabağ" qazansa, "Zirə" Premyer Liqanın ikincisi kimi Avropa Liqasına yollanacaq. Əks halda Konfrans Liqasında mübarizəyə başlayacaq.
"Araz-Naxçıvan" 3-cü pillədə yerini qorusa, avrokuboklara vəsiqəni əldə edəcək. Hal-hazırda ən yaxın izləyicisi ilə 5 xallıq fərq saxlayıb. 4 tura bu fərqin əriməsinə imkan verməsələr, Elmar Baxşıyev komandasını avrokuboklara hazırlamağa başlayacaq.
"Turan Tovuz"un işi "Qarabağ"a qalıb. Ya gərək "Araz-Naxçıvan"ı üçüncü pillədən salsınlar, ya da kuboku "Qarabağ"ın qazanmasına dua etsinlər. Kuboku "Sabah" əldə etsə, "Turan Tovuz" üçün "Avropanın qapıları" bağlanacaq!
saytlarin hazirlanmasi