Bu gün Misli Premyer Liqasında 33-cü tura start verilib.
Sportal.az xəbər verir ki, ilk matç günündə cəmi bir oyun keçirilib.
"Zirə" "Turan Tovuz"u məğlub edib. Bununla da mövsümün sonuna üç tur qalmış 2-ci yerdəki mövqeyini təmin edib.
Turun qalan matçları sabah və birigün keçiriləcək.
Misli Premyer Liqası
33-cü tur
2 may
"Zirə" - "Turan Tovuz" 1:0
Qırmızı vərəqə: Qismət Əliyev 59
Qol: Suma 47
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Namiq Hüseynov, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Rüfər Əmirov.
Zirə İdman Kompleksinin stadionu