"Real" Luka Modriçdən sonrakı dövr üçün yarımmüdafiə xəttini gücləndirmək istiqamətində fəaliyyətə başlayıb.
Sportal.az xəbər verir ki, Madrid klubunun əsas hədəfi "Liverpul"da çıxış edən Aleksis Mak Allisterdir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
"Real" argentinalı yarımmüdafiəçini yayda heyətinə qatmağa çalışacaq. "Kral klubu" 25 yaşlı oyunçu üçün 90 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, "Liverpul" Aleksis Mak Allisteri 2023-cü ilin yayında "Brayton"dan transfer edib. Argentina millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi