"Araz-Naxçıvan" legionerlərindən birini də saxlamağı planlaşdırır.
Sportal.az saytına verilən məlumata görə, Naxçıvan təmsilçisi Kristian Avramı komandada qalmasını istəyir.
Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan klub Moldova millisinin qolkiperi ilə ilkin razılıq əldə edib. 30 yaşlı qapıçının da komandada qalmaq istəyində olduğu bildirilir.
Avram 2023-cü il avqustun 9-da “Araz-Naxçıvan”a keçib və müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
Kristian karyerası ərzində “Akademika Kişinyov”, “Daçiya”, “Dinamo-Avto”, “Petrokub”, “Buezeu” klublarında oynayıb.