"Bavariya"nı "Monako"ya dəyişəcək

14:34 - 30 Aprel 2025

Mövsümün sonunda "Bavariya" ilə müqaviləsi başa çatan Erik Dayer karyerasını Fransada davam etdirəcək.

Sportal.az xəbər verir ki, ingiltərəli mərkəz müdafiəçisi "Monako" ilə anlaşıb. Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Dayer Liqa 1 klubu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq. Tərəflər istəsə, sözləşmənin müddətini 1 il də uzada bilər.

Qeyd edək ki, "Bavariya" Erik Dayeri ötən ilin yanvar ayında "Tottenhem"dən transfer edib. 31 yaşlı futbolçu bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti