"Beşiktaş" hücumçusu üçün 20 milyon avro tələb edir

13:25 - 30 Aprel 2025

"Beşiktaş"ın gənc futbolçusu Semih Kılıçsoy yayda komandadan ayrıla bilər.

Sportal.az xəbər verir ki, ötən il türk hücumçu üçün gələn təklifləri rədd edən klub rəhbərliyi fikrini dəyişib. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Beşiktaş" yayda Semih üçün gələcək təklifləri dəyərləndirəcək. İstanbul nəhəngi 19 yaşlı forvardı 20 milyon avroya satmağı planlaşdırır.

Qeyd edək, Semih Kılıçsoy "Beşiktaş"ın yetirməsidir. Türkiyə U-21 millisinin üzvü bu mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 42 rəsmi matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti