Mahir Emreli məşqlərə başladı - FOTO

15:55 - 30 Aprel 2025

"Nürnberq"də çıxış edən azərbaycanlı hücumçu Mahir Emreli məşqləri bərpa edib. 

Sportal.az xəbər verir ki, 31-ci turun "Fortuna" ilə matçında (3:3) əlindən zədə alan 28 yaşlı futbolçu artıq məşqlərə qoşulub. Mahirin qoluna xüsusi hazırlanmış şin taxılıb.

Azərbaycan milli komandasının üzvü oyunlarda da iştirak edə bilər.

Qeyd edək ki, Mahir Emreli mövsümün əvvəlindən "Nürnberq"də çıxış edir. Təcrübəli hücumçu 2-ci Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti