"Bavariya" "Barselona"nın müdafiəçisini transfer etmək istəyir - Kim Min Ce komandadan ayrılsa...

23:05 - 30 Aprel 2025

"Bavariya" Ronald Arauxo ilə ciddi maraqlanır.

Sportal.az xəbər verir ki, Uruqvaylı müdafiəçi yaxınlarda "Barselona" ilə 2031-ci ilə qədər yeni müqavilə imzalayıb. Yeni müqaviləyə əsasən, Arauxo üçün sərbəstqalma məbləği 1 iyuldan 15 iyula qədər 65 milyon avro olacaq.

"Diario Sport"un məlumatına görə, Münhen klubu müdafiə xəttini əsaslı şəkildə yeniləmək niyyətindədir və Arauxo bu planın əsas hədəflərindən biridir.

Transferin gerçəkləşməsi Kim Min Cenin klubdan ayrılmasından asılıdır. Cənubi koreyalı müdafiəçi ilə "Yuventus", "Çelsi" və "Nyukasl" maraqlanır. "Bavariya" Min Ceni satmağa və onun satışından gələn gəlirlə yeni müdafiəçi almağa hazırdır.

Bununla yanaşı, "Çelsi" və "Yuventus" da Arauxo ilə maraqlanır. Əgər Münhen klubu Arauxo transferini reallaşdıra bilməsə, alternativ olaraq "Bayer"dən Conatan Ta və "Bornmut"dan Din Heysen nəzərdən keçirilir.

Xəbər xətti