Kriştiano Ronaldo "Əl-Nəsr"in heyətində daha bir kuboku qazanmaq şansını qaçırıb.
Sportal.az xəbər verir ki, bu gün Səudiyyə Ərəbistanı klubu Asiya Çempionlar Liqasının yarımfinalında Yaponiyanın "Kavasaki Frontale" klubuna 2:3 hesabı ilə məğlub olub. Ronaldo bu görüşdə fərqlənməyi bacarmayıb.
Bu, Ronaldonun "Əl-Nəsr"lə keçirdiyi dövrdə məğlub olduğu 10-cu turnir olub. Son 2,5 ildə komanda nə Səudiyyə Ərəbistanı çempionatını, nə Asiya Çempionlar Liqasını, nə Kral Kubokunu, nə də Superkuboku qazanmağı bacarıb. Ronaldo "Əl-Nəsr"ə keçdikdən sonra klub yalnız bir turnirdə, yoldaşlıq xarakterli Ərəb Çempionlar Kubokunda qalib gəlib.
Qeyd edək ki, "Kavasaki Frontale" finalda daha bir Səudiyyə Ərəbistanı klubu "Əl-Əhli" ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi