Futbol üzrə Azərbaycan 2-ci Liqasında 23-cü tura yekun vurulub.
Sportal.az xəbər verir ki, bu gün keçirilən oyunlardan sonra 1-ci Liqaya vəsiqə qazanan daha bir komanda bəlli olub. "Şahdağ Qusar" və "Şəfa"nın ardınca "Şimal" da növbəti mövsümdə daha üst liqada iştirak etmək hüququ əldə edib.
Xaçmaz təmsilçisi 23-cü turda səfərdə "Lerik"i 4:2 hesabı ilə məğlub edib. "Şimal" mövsümün bitməsinə 3 tur qalmış 52 xal toplayıb 4-cü pillədə qərarlaşan "Hypers Quba"nı 10 xal qabaqlayır.
saytlarin hazirlanmasi