Azərbaycan millisi bu gün yarımfinal matçına çıxacaq

12:34 - 1 May 2025

Bu gün mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyada keçirilən Millətlərin Liqası turnirində yarımfinal matçına çıxacaq. 

Sportal.az xəbər verir ki, millimiz Belçika yığması ilə qarşılaşacaq. 

Elşad Quliyevin rəhbərlik etdiyi kollektivin oyunu Bakı vaxtı ilə saat 14:15-də başlayacaq. Digər yarımfinalda Slovakiya və Macarıstan komandaları qarşılaşır. 
Azərbaycan qrupda Ukrayna (2:2) və Slovakiya (2:3) ilə üz-üzə gəlmişdi. 

Xatırladaq ki, ötən həftə Azərbaycan komandası Monteneqroda keçirilən analoji turnirin qalibi olmuşdu.
 

Xəbər xətti