"Sumqayıt" basketbol klubu rusiyalı məşqçisi Aleksandr Mixaylovla yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, ötən ilin sentyabrından "Sumqayıt"a baş məşqçi təyin edilmişdi.