"Şkendiya"nın baş məşqçisi: "Utanılacaq hesabla məğlub olmadıq"

01:30 - 6 Avqust 2025

Bu gün UEFA Çempionlar Liqasında növbəti görüşünə çıxan "Qarabağ" "Şkendiya" ilə üz-üzə gəlib. Ağdam təmsilçisi ilk hissədə vurduğu qolla Şimali Makedoniyada 1:0 hesabı ilə qalib gəlməyi bacarıb.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Şimali Makedoniya təmsilçisinin baş məşqçisi Jeton Beqiri bunları qeyd edib:

"Utanılacaq hesabla məğlub olmadıq. Rəqib komanda yalnız 1:0 hesabı ilə öndədir. Bakıda yaxşı nəticə qazanmağa çalışacağıq".

Qeyd edək ki, cavab görüşü avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Xəbər xətti