"Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş"la görüşündən sonra jurnalistlərə müsahibə verib. Sportal.az xəbər verir ki, Ağdam klubunun rəsmisi əldə edilən uğurla bağlı danışıb.
"Ferentsvaroş"a qarşı çox gözəl iki oyun izlədik. Ümumi nəticədə qalib gələn tərəf olduq və Çempionlar Liqasına ikinci dəfə oynamaq haqqı qazandıq. Bunu qazanmağımız hamımızı çox sevindirir".
- Tahir Gözəlin burada olmaması nə ilə əlaqədardır?
- Tahir bəy, elə bilin ki, burada idi. Hər dəqiqə telefonla danışırdıq. Çox vacib işgüzar görüşü var idi deyə, xaricə yollanmışdı. Daim danışırdıq.
- Azarkeşlik etdiyiniz klub var ki, Çempionlar Liqasının püşkatmasında onlarla düşməyinizi istəyərdin?
- "Qarabağ"dır, biz də oradayıq.
- Əsas komanda ÇL-ə düşdüyü üçün U-19 komandanız da UEFA Gənclər Liqasında iştirak edəcək. Bununla bağlı hazırlıqlar var?
- Bizim hazırlıq planımız hazırdır. Bu oyunun nəticəsini gözləyirik.
- Çempionlar Liqasının əsas mərhələsində Bakı Olimpiya Stadionunda oynyacaqsız, yoxsa Tofiq Bəhramov stadionunda?
- Hələ ki, bəlli deyil. Amma çox güman ki, Çempionlar Liqasının oyunlarını Tofiq Bəhrəmov stadionunda keçirəcəyik.
- Komandanın heyətinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir?
- O həmişə var. İndi də bu iş üzrə hazırlıqlar gedir. Futbolçu axtarışları davam edir.
Mirbağırağa
saytlarin hazirlanmasi