"Qızıl top" mükafatının sahibi bəlli oldu - ilk 10-luq

00:53 - 23 Sentyabr 2025

Usman Dembele ötən mövsümün ən yaxşı futbolçusu seçilib.

Sportal.az xəbər verir ki, 28 yaşlı PSJ və Fransa millisinin vingeri 2025-ci ilin “Qızıl top” mükafatını qazanıb.

2024/25 mövsümündə Dembele PSJ ilə Fransa çempionatını, ölkə kubokunu, Superkuboku və Çempionlar Liqasını qazanıb. O, klubun heyətində 53 oyunda 35 qol vurub və 14 qol ötürməsi edib.

Qeyd edək ki, 2022-ci ildən etibarən “Qızıl top” təqvim ili üzrə deyil, mövsümün yekunlarına əsasən təqdim olunur (1 avqust 2024-dən 31 iyul 2025-dək).

İlk onluq belədir:

  1. Usman Dembele (PSJ);

  2. Lamine Yamal (“Barselona”);

  3. Vitinya (PSJ);

  4. Məhəmməd Salah (“Liverpul”);

  5. Rafinya Dias (“Barselona”);

  6. Əşrəf Hakimi (PSJ);

  7. Kilian Mbappe (“Real”);

  8. Koul Palmer (“Çelsi”);

  9. Canluici Donnarumma (PSJ / “Mançester Siti”);

  10. Nunu Mendiş (PSJ).

Xəbər xətti