Futbol üzrə Azərbaycan I Liqasında VIII turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki,xəbərverir ki, bu gün "Cəbrayıl" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Şimal"ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 9-a yüksəldən "Cəbrayıl" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 2 xalı olan "Şimal" isə sonuncu yerdədir.
"Cəbrayıl" - "Şimal" 7:0
Qollar: N.Lobe, 8 (pen), 31, B.Soltanov, 45+1, A.Dauda, 55, S.Hüseynli, 65, A.Eli, 73, H.Həsənov, 80
