Braziliya millisinin üzvü "Çelsi" və "Arsenal"ın hədəfində

16:38 - 24 Noyabr 2025

“Çelsi” və “Arsenal” “Nottingem Forest”in mərkəz müdafiəçisi Murilyonu transfer etmək niyyətindədir.

Sportal.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.

Mənbənin məlumatına görə, “meşəbəyilər”in rəhbərliyi mövsümün ortasında öz əsas oyunçusunu satmağı planlaşdırmır. Lakin 80–90 milyon avro civarında təklif gəlsə, onu nəzərdən keçirə bilər.

Futbolçunun klubla qüvvədə olan müqaviləsi 30 iyun 2029-cu ilədək nəzərdə tutulub. "Transfermarkt" portalında 23 yuaşlı müdafiəçinin dəyəri 55 milyon avro göstərilib.

Qeyd edək ki, Murilyo bu mövsüm “Nottingem Forest”in heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol vurub. O, Braziliya milli komandasının üzvüdür.

Xəbər xətti