"Napoli" - "Qarabağ" oyunu təxirə salınacaq? - KLUBDAN AÇIQLAMA

15:01 - 25 Noyabr 2025

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində baş tutacaq “Napoli” - “Qarabağ” matçı təxirə düşmək ehtimalı var.

Sportal.az xəbər verir ki, hazırda şəhərdə məktəblər və açıq havadakı idman qurğuları bağlıdır. Hava şəraiti ilə əlaqədar oyunun təxirə düşəcəyi də istisna edilmir.

Məsələ ilə bağlı Offsideplus.az saytına danışan “Qarabağ”ın mətbuat katibi Anar Hacıyev bildirib ki, “hazırda gündəmdə belə bir məsələ yoxdur”.

Qeyd edək ki, noyabrın 25-dən 26-na keçən gecə “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Xəbər xətti