"Neftçi" "Turan Tovuz"la matçın hazırlığını başa vurdu - FOTOLAR

19:15 - 27 Noyabr 2025

“Neftçi” Misli Premyer Liqasının 13-cü turunda qarşılaşacağı “Turan Tovuz” klubu ilə matçın hazırlığını başa vurub.

Sportal.az xəbər verir ki, komandanın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

“Ağ-qaralar” hazırlıq prosesindən sonra Tovuza yola düşüb.

Qeyd edək ki, "Turan Tovuz" - "Neftçi" qarşılaşması sabah saat 18:30-da start götürəcək.


Xəbər xətti