Trent yenə zədələndi - 2 ay oynamayacaq

20:49 - 4 Dekabr 2025

İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, La Liqa nəhənginin müdafiəçisi Trent Aleksandr-Arnold yenidən sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli futbolçu İspaniya çempionatının 15-ci turunun "Atletik"lə matçında ayaq əzələsindən zədə alıb. 27 yaşlı sağ cinah müdafiəçisi 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Real" Trent Aleksandr-Arnoldu mövsümün əvvəlində "Liverpul"dan transfer edib. İngiltərə millisinin üzvü Madrid təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 qol ötürməsi edib.

Xəbər xətti