"Həyat yoldaşım dedi ki, o şeytandır" - Yaya Ture adını çəkmək istəmədiyi baş məşqçi haqqında

01:00 - 5 Dekabr 2025

"Barselona" və "Mançester Siti"nin sabiq yarımmüdafiəçisi Yaya Ture Pep Gvardiola haqqında münasibətini açıqlayıb.

Sportal.az xəbər verir ki, 2007–2010-cu illərdə "Barselona"da çıxış edən futbolçu klubdan ayrılması və o dövrdə Gvardiola ilə münasibətlərindən danışıb. Ture bildirib ki, Pep "Barselona"da onun yerində "atası Barselona üçün oynamış ispan" görmək istəyirdi. Ture oyunçunu ad ilə çəkməyib, amma kontekstdən aydın olur ki, söhbət Busketsdən gedir.

"Mən onun içində insan görmürəm, ilan görürəm. 2010-cu ilin yayında "Barselona"nın məşqçisi mənə zəng edib dedi: “Sən qayıtmalısan, bu vacibdir”. Həyat yoldaşım mənə dedi: “Sən bu boş-boş şeyləri dinləyəcəksən? O səninlə zarafat edirdi, indi isə qalmanı istəyir? Sən qalacaqsan? Gəl, Mançestərə gedək, əzizim”.

O məşqçi mənə bütün mövsüm oynamağa icazə vermədi, mövsümün sonunda isə mən 2010 Dünya Çempionatında yaxşı çıxış etdim və məni "Barselona"da saxlamaq istədi.  Yoldaşım deyirdi: “Bu şeytandır, insan deyil, o pisdir." – Ture "Zack en Roue Libre" podkastında bunları bildirib.

Qeyd edək ki, Ture bu çıxış zamanı Gvardiola adını bir dəfə də deməyib. 2009/10 mövsümündə Yaya "Barselona" üçün bütün turnirlərdə 37 matçda çıxış edib. 2016-cı ildə Gvardiola "Mançester Siti"nin baş məşqçisi oldu, Ture isə burada oynayırdı. Yarımmüdafiəçi Pepin rəhbərliyi altında iki mövsüm oynadı və 2018-ci ildə klubdan ayrıldı.

Xəbər xətti