"Şamaxı" 20-ci, "Sumqayıt" 10-cu dəfə 1/4 finalda oynayacaq

10:59 - 5 Dekabr 2025

"Şamaxı" klubu tarixində 20-ci, "Sumqayıt" isə 10-cu dəfə futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində iştirak edəcək.

Sportal.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, 1/4 finalçılar arasında ən yüksək göstərici "Qarabağ"a məxsusdur. Ağdam klubu 27-ci dəfə bu mərhələdə oynayacaq.

Bununla da bölgə təmsilçisi 33 dəfə belə uğura imza atan "Neftçi" ilə fərqi azaldacaq. Mərhələnin digər iştirakçılarından "Qəbələ" və "Kəpəz" 17-ci, "Zirə" 11-ci, "Sabah" 7-ci, "Turan Tovuz" 2-ci dəfə 1/4 finalda oynayacaq. Bu mərhələdə yeni komandalar olmayacaq.

Belə ki, 8 ən yaxşı sırasına yüksələn bütün klublar əvvəllər də 1/4 final həyəcanı yaşayıb. Qeyd edək ki, ümumilikdə 46 komanda yarımfinalın bir addımlığında olub.

Xəbər xətti