"Fənərbaxça"nın kapitanı və "Qalatasaray"ın futbolçusu saxlanıldı

12:34 - 5 Dekabr 2025

"Fənərbaxça"nın kapitanı Mert Hakan Yandaş saxlanılıb.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubunun futbolçusu mərc oyunlarında iştirak etməkdə ittiham olunur.

"Qalatasaray"ın futbolçusu Metehan Baltacının da eyni səbəblə saxlanıldığı iddia edilir.

Qeyd edək ki, İstanbul Respublika Prokurorluğu bu gün səhər saatlarında mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində əməliyyat keçirib.

Əməliyyat zamanı bir neçə futbolçu və futbol adamları, klub rəsmiləri saxlanılıb.

Xəbər xətti