I Liqada mübarizə aparan "Səbail" heyətini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Bayıl təmsilçisi Qurban Səfərovu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycanın U-21 millisinin üzvü ilə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Qurban Səfərov mövsümün ilk yarısında "Mingəçevir"in formasını geyinib.
saytlarin hazirlanmasi
