"Qalatasaray" Bundesliqa klubundan 18 yaşlı futbolçu transfer etdi - RƏSMİ

00:11 - 6 Fevral 2026

“Qalatasaray” Can Armando Güneri 350 min avro qarşılığında heyətinə qatdığını açıqlayıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "sarı-qırmızı"lı klub daha bir transferdə xoş sona çatıb. “Qalatasaray” Can Armando Günerin keçidi ilə bağlı Münhenqladbax “Borussiya"sı ilə razılıq əldə edib. 

Can Armando Güner bu mövsüm “Borussiya Mönhenqladbax”ın U-19 komandasında 14 matçda iştirak edib. 18 yaşlı futbolçu bu oyunlarda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xəbər xətti