Serb futbolçu "Yuventus"la danışıqları dayandırdı - "Barselona", "Milan" və "Bavariya"nın hədəfində

23:38 - 11 Fevral 2026

İspaniya və Almaniyanın aparıcı klubları Duşan Vlahoviçə maraqlarını qoruyurlar.

Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, hücumçu ilə “Yuventus” arasındakı danışıqlar dayandırılıb, lakin serb futbolçu ilə digər heç bir klub arasında hələ razılıq əldə olunmayıb.

Barselona, Robert Levandovskinin əvəzini axtardığı üçün Vlahoviçlə əlaqə saxlayıb. Həmçinin, o, “Bavariya” üçün də maraqlıdır, lakin son kontaktlar oktyabr və ya noyabr aylarında qeydə alınıb və hələ rəsmi təklif yoxdur. “Milan” da Duşanı siyahısında saxlayır.

Qeyd edək ki, bu mövsümdə 26 yaşlı hücumçu Seriya A-da 13 oyunda çıxış edib və 3 qol vurub.

Xəbər xətti