UEFA Millətlər Liqası: Azərbaycanın rəqibləri bəlli oldu

21:24 - 12 Fevral 2026

UEFA Millətlər Liqasının 2026/2027-ci il mövsümünün püşkü atılıb.

Sportal.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə təşkil edilən püşkatmanın nəticəsinə görə D liqasında mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri müəyyənləşib. Püşk zamanı birinci səbətdə yer alan millimiz 2-ci qrupda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq.

Millətlər Liqasında yeni mövsümə 2026-cı ilin sentyabrında start veriləcək.

Xəbər xətti