Pokatilov "Sabah"dan ayrıla bilər, Türkiyəyə yollanmağı planlaşdırır - İDDİA

10:35 - 13 Fevral 2026

"Sabah"ın qolkiperi Stas Pokatilov komandadan ayrıla bilər. 

Sportal.az xəbər verir ki, bu barədə Qazaxıstanın “Vesti.kz” portalı məlumat yayıb.

Tanınmış portalın yaydığı xəbərə görə, 33 yaşlı qolkiper “bayquşlar”la müqavilə müddətini yeniləməyib və xarici klublarla danışıq aparır. Xüsusilə də Türkiyə klublarının onunla maraqlandığı bildirilir:

"Pokatilov özü Türkiyə Super Liqasında özünü sınamaqdan çəkinmir və yeni komanda ilə ilkin müqavilə imzalamağa hazırdır. Qazaxıstanlı futbolçunun “Sabah”la müqaviləsi bu ilin iyun ayında bitir və bundan sonra o, azad agent kimi Türkiyəyə gedə biləcək".

33 yaşlı qapıçı 2025-ci il yanvarın 21-də “Sabah”a keçib və onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
 

Xəbər xətti