"Yuventus" "İnter"lə oyuna ciddi itki ilə çıxacaq

17:35 - 13 Fevral 2026

"Yuventus" İtaliya A Seriyasının 25-ci turu çərçivəsində səfərdə "İnter"in qonağı olacaq.

Sportal.az xəbər verir ki, Turun təmsilçisi oyuna ciddi itki ilə çıxacaq. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Xefren Türam vacib görüşdə komandaya kömək edə bilməyəcək. Fransa millisinin üzvü zədəlidir.

24 yaşlı yarımmüdafiəçi bu mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 31 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "İnter" - "Yuventus" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Xəbər xətti