3 il sonra İtaliya millisinə qayıdacaqdı - ağır zədə aldı

21:34 - 12 Mart 2026

Marko Verratti ciddi diz zədəsi alıb.

Sportal.az xəbər verir ki, "Əl-Duhail"in yarımmüdafiəçisində menisk yırtığı aşkarlanıb. İtaliyalı futbolçu buna görə əməliyyat olunacaq.

Yarımmüdafiəçi bu zədə səbəbindən İtaliya millisinin düşərgəsinə qayıda bilməyəcək. O, DÇ-2026-nın pley-off mərhələsinin oyunlarında iştirak etməyəcək.

Verratti millinin heyətində 2012-ci ilin avqustunda debüt edib. 33 yaşlı futbolçu o vaxtdan bəri yığmada da 55 oyun keçirib və 3 qol vurub. Verratti sonuncu dəfə “Skuadra Adzurra”nın heyətində 2023-cü ilin iyununda Niderlaandla qarşılaşmada meydana çıxıb.

Qeyd edək ki, İtaliya millisi dünya çempionatının seçmə mərhələsinin pley-off yarımfinalında martın 26-da Şimali İrlandiya ilə üz-üzə gələcək. Cennaro Qattuzonun komandası qələbə qazanacağı təqdirdə martın 31-də finalda Uels - Bosniya və Herseqovina cütünün qalibi ilə qarşılaşacaq.

Xəbər xətti