"Neftçi"dən səfər qələbəsi, "Kəpəz" "Turan Tovuz"la heç-heçə etdi - YENİLƏNİB

19:52 - 15 Mart 2026

Bu gün Misli Premyer Liqasında XXIV tura yekun vurulub.

Sportal.az xəbər verir ki, son gündə iki matç baş tutub.

"Turan Tovuz" Yevlaxda "Kəpəz"in qonağı olub. Matç 1:1 hesablı heç-heçə ilə bitib.

"Neftçi" "Qəbələ" ilə qarşılaşıb. Paytaxt təmsilçisi matçdan 3:1 hesablı qələbə ilə ayrılıb.

Misli Premyer Liqası
XXIV tur

15 mart

"Kəpəz" – "Turan Tovuz" 1:1
Qollar:
Rəhman Hacıyev 55 - Jo Batişta 61
Baş hakim: Tural Qurbanov
Yevlax şəhər stadionu

18:00 "Qəbələ" – "Neftçi" 1:3
Qollar:
Keyta 21(p) - Sambu 22, E.Mahmudov, 69(pen), Murad Məmmədov,77
Baş hakim: Elçin Məsiyev
Qəbələ şəhər stadionu

Xəbər xətti