Qattuzo istefaya göndərildi - RƏSMİ

16:51 - 3 Aprel 2026

İtaliya Futbol Federasiyası milli komandanın baş məşqçisi Cennaro Qattuzo ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssislə yollar ayrılıb. Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

İtaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Cennaro Qattuzo 2025-ci ilin iyununda yığmanın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında keçirdiyi 8 oyunda 6 qələbə qazanıb. İtaliya millisini DÇ-2026-nın seçmə mərhələsinin pley-off finalında Bosniya və Herseqovinaya penaltilər seriyasında məğlub olaraq mundialdan kənarda qalıb.

Xəbər xətti