Millimiz Andorranı məğlub etdi

22:54 - 14 Aprel 2026

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası DÇ-2027-nin seçmə mərhələsi çərçivəsində bu gün növbəti matçına çıxıb.

Sportal.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv C Liqasının 3-cü qrupu çərçivəsində Andorra ilə üz-üzə gəlib. Matç 3:1 hesabı ilə yığma komandamızın qələbəsi ilə yekunlaşıb.

Millimiz 6 xalla 2-ci pillədə yer alıb.

Şimali Makedoniya 3 xalla 3-cü, Andorra 1 xalla sonuncudurQeyd edək ki, aprelin 18-də Azərbaycan və Andorra milliləri “Bank Respublika Arena”da qarşılaşacaqlar.

21:00 Andorra- Azərbaycan (qadınlar) 1:3

Qollar: T.Morato,12, - Sevinc Cəfərzadə, 15, 50, E.Manya,90+5
Milli stadion, Andorra 
Baş hakim: Kristina Kozoroq(Ukrayna)

Xəbər xətti