"Yuventus" kapitanı ilə bağlı qərar verdi

13:22 - 15 Aprel 2026

"Yuventus"da Manuel Lokatelli ilə bağlı qərar verib.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "qoca sinyora" komandanın kapitanını buraxmaq niyyətində deyil.

Belə ki, Turin klubu 28 yaşlı yarımmüdafiəçinin müqavilə müddətini artırmaq niyyətindədir.

Lokatellinin müqavilə müddəti 2028-ci il iyunun 30-a qədərdir. Yeni müqaviləyə əsasən, italiyalı futbolçu 2030-cu il iyunun 30-na qədər "Yuventus"da qalacaq.

O, karyerası ərzində "Milan" və "Sassuolo" klublarında da oynayıb.

 

Xəbər xətti