"Milan" Duşan Vlahoviçi transfer edə bilər.
Sportal.az "Calicomercato"ya istinadən xəbər verir ki, “Yuventus”dan mövsümün sonunda ayrılacaq serb “Milan”la anlaşacaq.
Amma bu, “rossonyerlər”in mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmamasından asılı olacaq.
“Milan” hazırda üçüncü pillədə yer alıb. Vlahoviç özü növbəti Çempionlar Liqasında mübarizə aparacaq kluba qoşulmaqda maraqlıdır.
Bu mövsüm Vlahoviç "Yuventus"da 18 oyun keçirib, beş qol vurub və bir məhsuldar ötürmə edib. "Transfermarkt"ın məlumatına görə, onun bazar dəyəri 35 milyon avrodur.
saytlarin hazirlanmasi
