"Mançester Siti"nin kapitanı: "Sonadək mübarizə apardıq"

17:59 - 20 May 2026

​"Mançester Siti"nin kapitanı Bernardu Silva Premyer Liqanın 37-ci turunun "Bornmut"la matçından (1:1) sonra açıqlama verib.

Sportal.az xəbər verir ki, bu nəticədən sonra "şəhərlilər" çempionluq şanslarını itiriblər və titul "Arsenal"a qismət olub. Portuqaliyalı hücumameyilli yarımmüdafiəçi məyus olduqlarını deyib:

​"Hamımız məyus olmuşuq. Bilirik ki, bu, mövsümün əsas tituludur. Bunun üçün hamıdan çox çalışmışdıq. Sonadək mübarizə apardıq. Uşaqlarla fəxr edirəm, lakin bu səviyyədə bu, kifayət deyil. ​Uduzmağa nifrət edirəm. Əgər "Mançester Siti" kimi klubda oynamaq istəyirsinizsə, siz də belə olmalısınız. ​Ümid edirəm ki, növbəti mövsüm hər kəs daha çoxuna nail olmaq istədiyini hiss edəcək".

Qeyd edək ki, 82 xal toplayan "Arsenal" mövsümün bitməsinə bir tur qalmış İngiltərə çempionu olub. 78 xal toplayan "Mançester Siti" isə 2-ci yeri tutub.

Xəbər xətti