Millinin baş məşqçisi Palmer və Fodenlə bağlı qərar qəbul etdi - DÇ-2026-da oynamayacaqlar

09:55 - 22 May 2026

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel bu gün DÇ-2026 üçün yekun heyəti açıqlayacaq.

Sportal.az xəbər verir ki, heyətin tam açıqlanmasından əvvəl milli komandanın heyəti ilə bağlı bir neçə vacib qərar qəbul edildiyi ortaya çıxıb.

Belə ki, siyahıya ən diqqətəlayiq əlavələr arasında Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasının hücumçusu İvan Toni, eləcə də "Arsenal"ın cinah oyunçusu Noni Madueke və "Nyukasl"ın müdafiəçisi Valentino Livramento da var.

Daha əvvəl "Mançester Yunayted"in yarımmüdafiəçisi Kobbi Mainunun heyətə daxil edildiyi bildirilmişdi. Həmçinin müdafiəçilər Harri Maquayr, Lyuk Şou ("Mançester Yunayted"), Levi Kolvill ("Çelsi") və yarımmüdafiəçilər Adam Uorton ("Kristal Pelas"), Koul Palmer ("Çelsi"), Fil Foden ("Mançester Siti") və Lyuis Holl ("Nyukasl") da heyətdə yer almayıb.

Xəbər xətti