“Mançester Yunayted” baş məşqçi məsələsi ilə bağlı qərar verib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Maykl Kerriki komandanın yeni baş məşqçisi təyin edilib.
44 yaşlı mütəxəssis yeni mövsümə komandanı hazırlayacaq və onun yeni müqaviləsi 2028-ci il iyunun 30-na qədər olacaq.
Kerrik yanvar ayında Ruben Amorimin istefasından sonra "Mançester Yunayted"də müvəqqəti baş məşqçi təyin edilmişdi.
saytlarin hazirlanmasi
