İngiltərə milli komandasının DÇ-2026 üçün yekun heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, Tomes Tuxel siyahıya 26 futbolçunun adını daxil edib. "Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer, "Real"ın müdafiəçisi Trent Aleksander-Arnold, "Mançester Siti"nin vingeri Fil Foden və "Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr siyahıya daxil edilməyib.
İngiltərə millisinin heyəti:
Qapıçılar: Cordan Pikford ("Everton"), Din Henderson ("Kristal Pelas"), Ceyms Trafford ("Mançester Siti").
Müdafiəçilər: Ris Ceyms ("Çelsi"), Tino Livramento, Den Bern (hər ikisi — "Nyukasl"), Mark Gehi, Con Stounz, Niko O’Rayli (hamısı — "Mançester Siti"), Ezri Konsa ("Aston Villa"), Carell Kvansa ("Bayer", Almaniya), Ced Spens ("Tottenhem").
Yarımmüdafiəçilər: Deklan Rays, Bukayo Saka, Noni Madueke, Ebereçi Eze (hamısı — "Arsenal"), Elliot Anderson ("Nottingem Forest"), Cud Bellinqem ("Real Madrid", İspaniya), Cordan Henderson ("Brentford"), Morqan Rocers ("Aston Villa"), Kobbi Meynu ("Mançester Yunayted").
Hücumçular: Harri Keyn ("Bavariya", Almaniya), Ayvan Touni ("Əl-Əhli", Səudiyyə Ərəbistanı), Olli Votkins ("Aston Villa"), Markus Reşford ("Barselona", İspaniya), Entoni Qordon ("Nyukasl").
saytlarin hazirlanmasi
