Acunun klubu Premyer Liqaya yüksəldi

21:30 - 23 May 2026

İngiltərə Premyer Liqasına yüksələn 3-cü komanda məlum olub.

Sportal.az xəbər verir ki, bu gün pley-off finalı baş tutub. "Hall Siti" "Uembli" stadionunda "Midlsbro"nu 1:0 hesabı ilə məğlub edib.

Türkiyəli iş adamı Acun Ilıcalının rəhbəri olduğu klub Premyer Liqaya vəsiqə qazanıb.

Qeyd edək ki, elitaya yüksələn digər kollektivlər "Koventri Siti" ilə "İpsviç Taun"dur.

Xəbər xətti