"Mançester Siti" "Çelsi"yə 20 milyon avro təzminat ödəyəcək

19:47 - 22 İyun 2026

​"Mançester Siti" yaxın vaxtlarda Entso Mareskanı baş məşqçi vəzifəsinə təyin edəcək.

Sportal.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Martsio məlumat yayıb.

​46 yaşlı italiyalı mütəxəssis bu gün Mançesterə yola düşəcək və burada "şəhərlilər"lə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

​Qeyd olunur ki, "Mançester Siti" və "Çelsi" mütəxəssisin "zadəganlar"la olan müqaviləsi ilə bağlı yaşanan münaqişəni həll ediblər. Mançester təmsilçisi London klubuna 20 milyon avro təzminat ödəyəcəklər.

​Xatırladaq ki, Mareska 2024-cü ilin yayından 2026-cı ilin yanvarına qədər "Çelsi"yə rəhbərlik edib.

Xəbər xətti